Voleybolçuların Avropa Liqası ikinci tura davam edir
Qadın və kişi voleybolçular arasında keçirilən və üç turdan ibarət olan Avropa Liqası turnirinin ikinci turuna bu gün start veriləcək. AVF-dən verilən məlumata görə, baş məşqçisi Faiq Qarayev olan qadın millimiz ikinci turun oyunlarını Rumıniyada keçirəcək. Boris Qrebennikovun rəhbərlik etdiyi kişi voleybolçulardan ibarət millimiz isə ikinci tura İspaniyada qatılacaq.
Qadınlarımız hesabat turu çərçivəsində bu gün Rumıniya (saat 22:00), 13 iyunda isə İspaniya yiqmasi ilə üzləşəcək. Xatırladaq ki, qadın millimiz 5-7 oyun aralığında Bakıda keçirilən ilk turda bir oyunda uduzub, digər oyunda isə qalib gəlib. Millimiz 2 oyundan sonra 1 qələbə sayəsində qazandığı 3 xalla 24 komanda arasında 12-cidir.
Kişi millimiz isə İspaniyada ilk matçını iyunun 13-də Şimali Makedoniyaya qarşı keçirəcək (20:30). İyunun 14-də iş ev sahibi ilə üzləşəcək (saat 20;00).
Yeri gəlmişkən, kişi komandamız sözügedən turnirin ilk turunda keçirdiyi hər iki oyunda uduzub.
İntiqam Məmmədov


