Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

“Dart Gallery”də  “Naxışlardan doğan nağıl” adlı tədbir keçirildi +FOTO=48

10.06.2026-cı il tarixində “Dart Gallery”də “Naxışlardan doğan nağıl” adlı tədbir keçirildi.

AZpress.AZ xəbər verrir ki, tədbirdə “2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” publik hüquqi şəxsin  “Rəsm” dərnəyinin rəhbərləri Səidə Yusifli və İlahə Babayevanın rəhbərliyi altında fəaliyyət göstərən dərnək üzvlərinin hazırladıqları rəsm əsərləri nümayiş olundu.
Həmin əsərlərdə Azərbaycan milli ornamentləri, nağıl qəhrəmanları, eləcə də müxtəlif maraqlı və rəngarəng bədii kompozisiyalar əks etdirilmişdir. Bu rəsmlər uşaqların yaradıcı təxəyyülünü və incəsənətə baxışını nümayiş etdirir. Eyni zamanda rəqs dərnəyinin üzvləri müxtəlif maraqlı rəqs nümunələri ilə çıxış etdi. Tədbir çərçivəsində uşaqların fəallığının qiymətləndirilməsi  məqsədilə onlar diplomlarla təltif olundu.
Tədbirin məqsədi rəssamlıq və yaradıcılıq sahəsində uşaqların bacarıqlarını nümayiş etdirmək, onların estetik zövqünü inkişaf etdirmək, Azərbaycan milli ornamentlərini və nağıl qəhrəmanlarını tanıtmaq, həmçinin uşaqlarda sənətə maraq və yaradıcılıq ruhunu gücləndirməkdir.
       
Tədbirə dəvət olunan qonaqlar:

Bakı şəhəri üzrə Təhsil İdarəsinin “Məktəbdənkənar fəaliyyətinin təşkili” sektorunun müdiri Günay Qurbanova,

Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev,

Xətai rayon İcra Hakimiyyətinin “İctimai-siyasi və Humanitar Məsələlər” şöbəsinin müdiri Pənah İmanov,

Xətai rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Turan Kərimzadə,

Bakı şəhəri üzrə Təhsil İdarəsinin “Məktəbdənkənar fəaliyyətinin təşkili” sektorunun baş məsləhətçisi  Sevinc Əzimova, həmin sektorun əməkdaşları Sevda Ramazanova,  Xəyalə Quliyeva.

Fotolar: Rüstəm İsmayılov

Best coffeeshop in Berlin