Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

AÇ-yə qatılan hər üç atletimiz Vətənə qızılla dönüb

Triomuzdan Orxan Fərzəliyev isə AÇ-da 1 qızıl, 1 gümüş qazanıb İrlandiyanın Limerick şəhərində pauerliftinqin AWPC versiyası üzrə keçirilən və Azərbaycanin üç idmançı ilə təmsil olunduğu Avropa çempionatı başa çatıb. Xəbər verdiyimiz kimi, bu çempionatda ölkəmizi Elmir Tarverdiyev (67,5 kq), Orxan Fərzəliyev (90 kq) və Zaur Cəfərov (125 kq) triosu təmsil edib. Maraqlıdır ki, çempionatda iştirak edən hər üç təmsilçimiz uğurla çıxış edərək, Vətənə hərəyə bir qızılla dönüb. Üçlükdə ən çox diqqətçəkən isə 90 kq çəkidə çıxış edən və özünü üçnövçülükdə sınayan Orxan Fərzəliyev olub. Atletimiz əvvəlcə yerdən qaldırmaqda (deadlift) 250 kq ağırlığı ram etməklə qızıl medala layiq görülüb. Bununla da Orxanın karyerasında üçüncü dəfə Avropa çempionu adını qazanıb.

Best coffeeshop in Berlin