Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Anar Natiqoğlu:

Gündüz Məmmədov Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

Ukrayna müdafiə naziri Mixaylo Fedorov Gündüz Məmmədovu Silahlı Qüvvələrin Hərbi Hüquq-Mühafizə Xidmətinə rəis müavini təyin edib. 
Əslən Gəncədən olan soydaşımız illərlə prokurorluq orqanlarında çalışıb. 
2014-cü ildə Odessa şəhər  prokuroru təyin olunub. 2015-ci ilin sonlarında Odessa vilayət prokurorunun müavini vəzifəsinə yüksəlib. 
2016-cı ildə işğalda olan Krım Muxtar respublikasının prokuroru kimi çalışmağa başlayan Məmmədov
2019-cu ildə Ukrayna baş prokurorunun müavini vəzifəsinə yüksəlib. 2021-ci ildə vəzifəsindən könüllü istefa verib. 
Onun bu illər ərzində xüsusən rusiyanın Ukraynanın Krım, Donetsk, Luqansk vilayətlərində mülki əhaliyə qarşı törətdiyi hərbi cinayət faktlarının toplanmasında və beynəlxalq instansiyalara çatdırılmasında müstəsna xidmətləri var. 
Üçüncü dərəcəli dövlət ədliyyə müşaviri rütbəsi daşıyan Məmmədov 1996-cı ildə  İ.İ Meçnikov adına Odessa milli universitetinin hüquq fakültəsini bitirib!

Best coffeeshop in Berlin