Silahlı Qüvvələr Gününə həsr olunmuş Ümumrespublika seminarı keçirilib +FOTO=22
Bugün Azərbaycan Braziliya Ciu-citsu İctimai Birliyinin təşkilatçılığı ilə Silahlı Qüvvələr Gününə həsr olunmuş Ümumrespublika seminarı keçirilmişdir. Seminarda İctimai Birliyin Bakı şəhəri və rayonlardakı müxtəlif klub və filiallarından idmançılar iştirak etmişdir.
AZpress.AZ xəbər verir ki, seminar Azərbaycanda Braziliya ciu-citsu döyüş sənətinin banisi Taleh Həsənovun başçılığı ilə keçirilmişdir. Açılış sözü ilə çıxış edən ustad Taleh Həsənov iştirakçıları salamlayaraq seminarın məqsədi və ümumi gedişatı barədə, həmçinin qara kəmər sahibləri və yeni qoşulan idmançılar haqqında məlumat vermişdir.
Daha sonra İctimai Birliyin prezidenti Aqil Acalov çıxışında silsilə tədbirlərin tarixi günlərə həsr olunması və Silahlı Qüvvələr günü haqqında danışmış və bu yaxınlarda milli yığma komandanın Avropa çempionatında 4-cü yer qazanması münasibətilə idmançıları təbrik etmişdir.
Seminar Azərbaycan Respublikasının Dövlət Himni və Şəhidlərimizin əziz xatirəsinin yad edilməsilə açıq elan olunmuşdur.
İdmançılar ustad Taleh Həsənov tərəfindən attestasiyadan keçirilərək müxtəlif kəmər dərəcələrilə təltif olunmuşlar.
Seminarın sonunda idmançılara əldə etdikləri yeni dərəcə kəmərləri təqdim olunmuşdur.
Fotolar: Rüstəm Fərman
* bu reportajda olan fotoları sifariş ermək üçün
+99477 737 75 76 mobil nömrə ilə əlaqə saxlaya bilərsiniz
** eyni zamanda AZpress.AZ İnformasiya Agentliyinin XƏBƏR saytlarında
REKLAM və REKLAM xarakterli məqalələrin yayımlanması üçün aşağıdakı mobil nömrələr ilə əlaqə saxlaya bilərsiniz:
+99451 520 30 20
+99450 331 11 11
+99477 737 75 76


