“Sərhədsiz Sənət: Daxilin Sonsuzluğu” adlı sərgi böyük maraqla qarşılandı (FOTO=84)
SattarArt İncəsənət Platformasının təşkilatçılığı ilə həyata keçirilən “Sərhədsiz Sənət: Daxilin Sonsuzluğu” adlı sərgi böyük maraqla qarşılandı.
6 iyun tarixində saat 18:00-da Bakı şəhərinin seçilən sənət məkanlarından biri olan Gallery 1969-da * SattarArt İncəsənət Platforması təşkilatçılığı ilə həyata keçirilən “Sərhədsiz Sənət: Daxilin Sonsuzluğu” adlı rəsm sərgisinin rəsmi açılışı* baş tutdu. Üç gün davam edən sərgi sənətsevərləri, yaradıcı şəxsləri və müxtəlif baxış bucaqlarını bir araya gətirən estetik platformaya çevrildi.
Sərginin kuratoru və təşkilatçısı rəssam Şəms Səttarzadə olaraq layihənin ideya xəttini “sərhədsiz yaradıcılıq” anlayışı üzərində formalaşdırıb. Sərginin əsas məqsədi rəssamların daxili dünyasını, emosional dərinliyini və fərqli düşüncə sərbəstliyini sənət vasitəsilə nümayiş etdirmək, eyni zamanda yeni yaradıcı əlaqələrin formalaşmasına imkan yaratmaq olub.
Bu sərgidə 50-dən çox rəssam iştirak edib və müxtəlif üslub, mövzu, texnika və yanaşmalarda hazırlanan əsərlər ziyarətçilərə təqdim olunub. Ekspozisiyada abstrakt düşüncə, klassik kompozisiyalar, fəlsəfi məna daşıyan vizual yanaşmalar və emosional təsvir dili ilə seçilən işlər xüsusi diqqət çəkib. Hər bir əsər müəllifinin fərdi düşüncə xəritəsini, daxili hisslərini və həyata baxışını əks etdirərək sərginin ümumi ruhuna xidmət edib.
“Sərhədsiz Sənət” adı təsadüfi seçilməyib. Çünki sənət sərhəd tanımır — nə düşüncədə, nə texnikada, nə də ifadə formasında. Bu sərgidə iştirak edən rəssamlar da məhz sərbəst yaradıcılıq ruhunu daşıyan əsərlərlə tamaşaçı qarşısına çıxaraq sənətin azad mahiyyətini nümayiş etdiriblər. “Daxilin Sonsuzluğu” ifadəsi isə insanın iç dünyasından başlayan və sənət vasitəsilə sonsuz duyğulara açılan mənəvi yolun simvolik ifadəsi kimi təqdim olunub.
Sərginin kuratoru Şəms Səttarzadənin də müəllifi olduğu əsərlər sərgidə xüsusi çərçivələrdə nümayiş etdirilib və ziyarətçilərin diqqətini cəlb edən işlər sırasında yer alıb. Rəssamın yaradıcılığında emosional dərinlik, insan daxili aləminin bədii interpretasiyası və estetik fəlsəfi yanaşmalar hiss olunub. Onun sərgidə təqdim olunan əsərləri ümumi konsepsiyanın ruhunu tamamlayan mühüm hissələrdən biri kimi qiymətləndirilib.
Bir rəssam üçün daxilində gizlənən emosiyaları, bəzən sözlə ifadə olunmayan hissləri izləyiciyə ötürmək olduqca önəmlidir. Bu baxımdan “Sərhədsiz Sənət: Daxildən Sonsuzluğa” sərgisi yalnız əsərlərin nümayiş olunduğu məkan deyil, həm də hisslərin, düşüncələrin və fərqli dünyagörüşlərinin qarşılaşdığı yaradıcı platforma rolunu oynayıb. Burada hər tablo yalnız bir rəsm deyil, müəllifinin daxili dünyasına açılan bir pəncərə kimi qəbul olunub.
Üç gün davam edən sərginin əsas məqsədlərindən biri həm də yerli rəssamların yaradıcılığına diqqəti artırmaq, sənət mühitində yeni tanışlıqlar və əməkdaşlıqlar üçün imkan yaratmaq olub. Sərgiyə gələn ziyarətçilər müxtəlif üslublarda ərsəyə gətirilən əsərlərlə tanış olmaqla yanaşı, rəssamlarla birbaşa ünsiyyət qurmaq imkanı da əldə ediblər.
“Sərhədsiz Sənət: Daxildən Sonsuzluğa” bir daha sübut etdi ki, sənət insanın daxilindən doğan və heç bir sərhəd qəbul etməyən ən güclü ifadə formasıdır. Rənglər, formalar və duyğular vasitəsilə qurulan bu yaradıcı dialoq həm iştirakçılar, həm də izləyicilər üçün yaddaqalan sənət təcrübəsinə çevrildi.
Fotolar: Mahir Əhmədov
* bu reportajda olan fotoları sifariş ermək üçün
+99450 554 34 23 mobil nömrə ilə əlaqə saxlaya bilərsiniz
** eyni zamanda AZpress.AZ İnformasiya Agentliyinin XƏBƏR saytlarında
REKLAM və REKLAM xarakterli məqalələrin yayımlanması üçün aşağıdakı mobil nömrələr ilə əlaqə saxlaya bilərsiniz:
+99451 520 30 20
+99450 331 11 11
+99450 554 34 23


