Millilərimiz AL-nin birinci turunda son oyuna çıxacaqlar
İyunun 5-də kişi və qadın voleybolçular arasında startı verilən və Azərbaycan komandalarınin da iştirak etdiyi Avropa Liqasında birinci tur davam edir. Qeyd edək ki, baş məşqçisi Faiq Qarayev olan qadın millimiz sözügedən turnirə evdə (doğma divarlar arasında), Boris Qrebennikovun rəhbərlik etdiyi kişi komandamız isə mübarizəyə İsveçdə başlayıb.
Təəssüflər olsun ki, hər iki komandamız turnirə məğlubiyyətlə başlayıb.
AVF-dən verilən məlumata görə, qadın millimiz doğma divarlar arasında (Bakı Voleybo Mlərkəzi) İsveçə, kişi komandamız isə İsveçdə Yunanıstana quru hesabla uduzub - 0:3.
Hər iki komandamız, bu gün birinci turda son matçını keçirəcək. Qadın millimiz evdə Estoniya ilə, kişilərimiz isə İsveçdə ev sahibi ilə üzləşəcək.
İNTİQAM Məmmədov


