Şəki filialında “Məzun günü” +FOTO=12
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında “Məzun günü” tədbiri keçirilib. Tədbirdə ADPU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Vaqif Əliyev, filial rəhbərliyi, professor-müəllim heyəti, məzunlar, onların valideynləri və tələbələr iştirak ediblər.
Filialın direktoru dosent Vurğun Məmmədov açılış nitqi ilə çıxış edərək məzunları təbrik edib, məsuliyyətli və şərəfli bir peşəyə sahiblənən məzunların üzərinə düşən vəzifələrdən bəhs edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə ADPU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Vaqif Əliyev, ADPU-nun Şəki filialının direktorunun müşaviri, dosent Rafiq Rəsulov, tədris işləri üzrə direktor müavini, dosent Gülarə Abdullayeva, elmi işlər üzrə direktor müavini, dosent Nuralı Çələbiyev, Karyera mərkəzinin müdiri Xuraman Həmidova və valideynlər çıxış edərək məzunlara təbriklərini çatdırıblar.
Tədris müddətində akademik göstəriciləri və ictimai fəaliyyətləri ilə fərqlənən məzunlara fəxri fərmanlar və təşəkkürnamələr təqdim olunub.
Sonda tədbir musiqili proqramla davam etdirilib.


