Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Millimiz Avropa Liqasına məğlubiyyətlə başlayıb

Bu gün kişi və qadın voleybolçular arasında Avropa liqasına start verilib. Üç turdan ibarət olan bu turnirdə Azərbaycan komandaları da iştirak edirlər. Qeyd edək ki, qadınların yarışı Bakıda, kişilərin analoji yarışı isə isveçrə də başlayıb. Baş məşqçisi Faiq Qarayev olan qadın millimiz bu gün Bakı Voleybol Mərkəzində ilk matçını İsveç millisinə qarşı keçirib. Təəssüflər olsun ki, millimiz doğma divarlar arasında yerli publika qarşında məqlubiyyətlə üzləşib. Rəqibdən bir set belə ala bilməyən millimiz quru hesabla uduzub - 0:3 (19:25, 14:25, 23:25). Azərbaycan millisinin heyətində ən yaxşı oyunçu Yelizaveta Rübab olub. Sanki, o, İsveçə qarşı təkbaşına oynayıb.

Sabah saat 18:00-da eyni məkanda İsveçlə Estoniya qarşılaşacaq. 

Oyunu 7-də isə Azərbaycan - Estoniya (saat 18:00) matçı ilə AL-nin Bakı turuna yekun vurulacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin