Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Prezident Administrasiyasında Real Partiyasının Siyasi Komitəsinin sədri Natiq Cəfərli ilə görüş keçirilmişdir

Məsələ ilə bağlı məlumat redaksiyamıza Partiyanın Mətbuat xidməti tərəfindən daxil olmuşdur.

Real Partiyasının rəhbəri Natiq Cəfərli ilə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev arasında 5 iyun tarixində görüş keçirilmişdir. Görüşdə ölkənin siyasi gündəmində olan aktual məsələlər ilə yanaşı Partiyanın fəaliyyəti və digər müxtəlif səpgili məsələlər geniş şəkildə müzakirə olunmuşdur.
Qəbul zamanı dünya və regionda cərəyan edən proseslər fonunda Azərbaycanın mövqeyi, qlobal enerji layihələrdə dövlətimizin artan payı, informasiya təxribatları ilə mübarizədə fəal vətəndaş mövqeyinin əhəmiyyəti, siyasi partiyaların ölkənin informasiya məkanında fəaliyyəti, işğaldan azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işlərinin miqyası, regionda formalaşan yeni geosiyasi reallıq, iqtidar-müxalifət münasibətlərinin keyfiyyət etibarı ilə yeni inkişaf müstəvisinə keçməsi, yeni nəsil nümayəndələrinin siyasi proseslərə münasibəti və digər bu kimi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Partiyadan verilən məlumatda eyni zamanda qeyd olunur ki, ötən müddət ərzində ölkədə siyasi dialoq mühitinin təşviq olunması prosesində Real Partiyasının aktiv iştirakını təqdir edən Administrasiya rəsmisi sağlam əməkdaşlıq mühitinin qorunması işində Partiyanın bundan sonra da öz töhfələrini verəcəyinə əminliyini bildirmişdir.

Görüş zamanı Natiq Cəfərli bildirmişdir ki, yaradılmış mühit siyasətdə etibarlı münasibətlərin bərqərar olmasının əsas səbəbidir. Həmin münasibətlərin qorunması istiqamətində atılmış hər bir addımın müstəsna əhəmiyyətə malik olduğunu vurğulayan Partiyanın rəhbəri mövcud istiqamətdə açıq əməkdaşlıq əlaqələrinin inkişafında hər zaman maraqlı olduğunu qeyd etmişdir.

Digər məsələlər ilə yanaşı “Siyasi partiyalar haqqında” Qanun ətrafında da fikir mübadiləsi aparılmışdır. Qeyd olunmuşdur ki, siyasi partiyaların yeni inkişaf mərhələsinin təcəssümü olan sözügedən Qanun partiyaların sistemli və sözün əsl mənasında siyasi institut kimi inkişafının hüquqi əsasını təşkil edir.

Prezident Administrasiyasının rəsmisi milli dövlətçilik ənənələrinin qorunması yolunda Real Partiyasına uğurlar arzulamışdır.

Best coffeeshop in Berlin