Tennisçimiz Onur Quluzadə İsveç turnirinə qatılacaq
4-7 oyun günlərində İsveçin Helsinborq şəhərində stolüstü tennis üzrə "WTT Youth Contender" beynəlxalq turnir keçiriləcək. 4 gün davam edəcək turnirdə ölkəmizi baş məşqçi Mixail Timofeyevin rəhbərliyi altında gənc və istedadlı tenniscimiz Onur Quluzadə təmsil edəcək.
ASTF-dən verilən məlumata görə, turnirin ardından - 8-13 iyun aralığında isə İsveçin Halmstad şəhərində istedadlı tenniscilərin beynəlxalq təlim-məşq toplanışı (TMT) keçiriləcək. Həmin toplantıya Onur da qatılacaq.
İNTİQAM Məmmədov


