Avarçəkənlərimiz Qazaxıstandan 6 medalla qayıdıblar
İyunun 1-də Qazaxıstanın Uralsk şəhərində avarçəkmənin kayak və kanoe növü üzrə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan turnir keçirilib. Turnirdə Azərbaycan 4 idmançı ilə təmsil olunur. Maraqlıdır ki, yarışa qatılan 4 təmsilçimizin hamısı vətənə medalla qayıdıb.
2 nəfərlik kanoe qayıqla 200 metr məsafədə yürüşə qatılan Vaqif Mustafazadə/Fəxri Sadıqlı cütlüyü finişə üçüncü yerdə çatmaqda bürünc medal qazanıb.
2 nəfərlik kayak qayıqla 500 metr məsafədə mübarizə aparan Sənan Cəfərzadə/Tahir Mövsümov düeti üçüncü yeri tutmaqla bürünc, eyni cütlük 200 metr məsafədə isə ikinci olmaqla gümüş medal qazanıb.
İNTİQAM Məmmədov
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



