Bakıda Bilyard üzrə Avropa Kuboku və Çempionatı keçiriləcək
Bu il Azərbaycan iki beynəlxalq bilyard turnirinə ev sahibliyi edəcək.
Bu barədə Bilyard Federasiyası məlumat yayıb.
Sərbəst Piramida üzrə Avropa Kuboku və Avropa Çempionatı Bakıda keçiriləcək.
Avropa Kuboku 5-8 iyul tarixlərində 40 yaşdan yuxarı idmançılar üçün, Avropa Çempionatı isə 8-12 iyul tarixlərində keçiriləcək.
Hər iki yarış Gənclər və İdman Nazirliyinin, Azərbaycan Bilyard Federasiyasının və Avropa Piramida Federasiyasının dəstəyi ilə "Şöhrət naminə vuruş!" şüarı altında keçiriləcək.


