Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

AĞCABƏDİDƏ UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜNƏ HƏSR OLUNMUŞ YARADICILIQ FESTİVALI KEÇİRİLİB

İyunun 1-də Ağcabədi şəhər Heydər Əliyev adına mədəniyyət və istirahət parkında 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Gələcəyin qurucuları və memarları” adı yaradıcılıq festivalı keçirilib.

AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki,  “Şəhərsalma və Memarlıq ili” çərçivəsində təşkil olunan  festival rayon sakinlərinə və uşaqlara unudulmaz anlar yaşadıb.

Bayramsayağı bəzədilmiş parkda uşaqların əylənməsi və bacarıqlarını nümayiş etdirməsi üçün hər bir şərait yaradılıb.  Parkın müxtəlif guşələrində azyaşlıların əl işlərindən ibarət sərgilər və idman zonaları təşkil olunub.

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı və rəsmi qonaqlar parka gələrək Ümummili lider Heydər Əliyevin büstünü ziyarət edib,önünə tər çiçəklər düzüblər. Sonra müəyyən edilmiş ardıcıllıqla rəsm, idman  və əyləncəli oyun guşələri ilə tanış olublar.

Nəhayət,  Ağcabədi şəhər 4 nömrəli tam orta məktəbin XI sinif şagirdləri Nərmin Quliyeva və Heydər Məmmədov səhnəyə çıxaraq qonaqları salamlayıblar. Onlar öz çıxışlarında bu əlamətdar günün tarixi əhəmiyyətindən bəhs edərək, 1 İyun tarixinin 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunması qərarına toxunublar. Qeyd olunub ki, dünyanın əksər ölkələrində olduğu kimi, bu gün müstəqil Azərbaycanımızda da yüksək səviyyədə və böyük coşqu ilə qeyd edilir.

Daha sonra Ağcabədi Uşaq Musiqi Məktəbinin şagirdlərinin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və yaradıcılıq festivalı rəsmi olaraq açıq elan edilib. Festivalda çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov uşaqları bu gün münasibətilə təbrik edib, ən gözəl arzularını onlara çatdırıb. Sonra rayon rəhbəri YAŞAT Fondu tərəfindən Ağcabədi rayonundan olan şəhid övladlarına bayram münasibətilə göndərilmiş hədiyyələri onlara təqdim edib.

Tədbirdə həmçinin Qarabağ Regional Təhsil İdarəsinin Ağcabədi rayonu üzrə Təhsil sektorunun müdiri Teymur Qasımov çıxış edib. O, uşaqları təbrik edib, təhsillərində  bol uğurlar arzulayıb. 

Tədbir uşaqların təqdimatında bir birindən gözəl mahnı və rəqs nömrələri ilə davam etdirilib.

Best coffeeshop in Berlin