Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Tennisçilərimiz Avrasiya Liqasından uğurla dönüblər

Azərbaycanın stolüstü tennis üzrə kişilərdən və qadınlardan ibarət komandaları Avrasiya Liqasının Astanada (Qazaxıstan) keçirilən ikinci turunda uğurla çıxış ediblər.

ASTF -dən verilən məlumata görə, heyəti Mərziyyə Nurmətova, Zemfira Mikayılova, Ləman Abdulhəmidova və Aylin Əsgərovadan ibarət olan qadın millimiz baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi altında Astanada keçirdiyi 8 görüşün hamısını qələbə ilə başa vurub.

Gənclərdən ibarət yığma komandanın baş məşqçisi Ramil Cəfərovun rəhbərliyi altında sözügedən turnirə qatılan və həyətində Rüstəm Hacılı, Adil Əhmədzadə və Onur Quluzadənin yer aldığı kişi komandamız isə keçirdiyi 7 oyunun hamısında qələbə qazanıb.

Beləliklə, hər iki komandamız ilk iki turdan sonra 12 iştirakçı kollektiv arasında birinci pilləyə yüksəlib.

Yeri gəlmişkən, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Rusiya və Azərbaycan idmançılarının iştirak etdiyi Avrasiya Liqasının növbəti mərhələ yarışları sentyabr - dekabr aylarında keçiriləcək.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin