Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Qulu Məhərrəmli:

“Xudafərin” jurnalı milli-mənəvi dəyərlərimizin yaşadılmasına mühüm töhfə verir 

Cənublu soydaşımız Dr.Hüseyn Şərqi Tehranda nəşr olunan “Xudafərin” adlı ictimai, ədəbi-publisistik jurnalın redaktorudur. Bu jurnal uzun illərdir ki, Arazın hər iki tayında yaşayan soydaşlarımızın mədəniyyətini, folklorunu, tarixini və görkəmli şəxsiyyətlərini oxuculara tanıdır, milli-mənəvi dəyərlərimizin təbliğinə mühüm töhfə verir.
Mən də bu jurnalın müəlliflərindən biriyəm və vaxtaşırı burada  yazılarım dərc olunur. Jurnalla fəal əməkdaşlığa
 görə, 28 May – Müstəqillik Günü ərəfəsində Dr. H.Şərqi məni Təqdirnamə ilə mükafatlandırıb.
  Bu diqqət və qiymətə görə redaktor Hüseyn Şərqiyə dərin təşəkkürümü bildirir, Xudafərin jurnalının kollektivinə yeni yaradıcılıq uğurları, jurnalın özünə isə uzun ömür və bol oxucu sevgisi arzulayıram.

 

Best coffeeshop in Berlin