Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Elm Çində də olsa arxasınca gedən ali məktəb: Naxçıvan Dövlət Universiteti

Naxçıvan Dövlət Universitetinin beyəlxalq əməkdaşlıqları sahəsində sistemli, dinamik və perspektivli tədbirləri uğurla davam etməkdədir. Xüsusilə, son altı il ərzində universitetin milli təhsilin davamlı islahatlar müstəvisində inkişafı sahəsində həyata keçirilən tədbirlər, universitetin daha etibarlı və uzunmüddətli hədəflərinin olduqca uğurlu ifadəsinə çevrilmiş oldu. Elm və tədris sahəsində kifayət qədər yol keçmiş olan ölkələrin təcrübəsinin öyrənilməsində daha çevik fəaliyyət ortaya qoyan Naxçıvan Dövlət Universitetinin bu sahədə yeni keyfiyyət mərhələsinin əsaslarını müəyyən etməsi olduqca mühüm tərəflərinə görə seçilməkdədir. 
Geridə qalan illər ərzində qardaş Türkiyə Cümhuriyyətinin, Yaponiyanın, Avstriyanın, Qazaxıstanın və digər ölkələrin ali təhsil müəssisəslərinin, həmçinin, elmi tədqiqat mərkəzlərinin təcrübələrinin öyrənilməsi və universitetimizdə istifadə olunması, daha mütərəqqi proseslərin təməllərini daha da möhkəmlətmişdir. Hörmətli rektor Elbrus İsayevin elmi və pedaqoji idarəetmənin güclü vəhdətindən ibarət olan təcrübəsi, gedilən yola daha gur işıq salmaqla, əldə olunan nailiyyətlərin əhatəsini genişləndirmiş, dayaqlarını möhkəmlətmiş və perspektivlərini daha da artırmışdır. Olduqca sevindirici hal ondan ibarət olmaqdadır ki, bu əməkdaşlıq ardıcıllığında artıq Çinin də yer aldığını görməkdəyik. İnkişafın bundan sorakı mərhələsində Naxçıvan Dövlət Universiteti ilə Çinin Sincan (Xinjiang University) Universiteti əməkdaşlığa başlaması, təkcə elm və tədris sahələrində yox, eyni zamanda sosial-iqtisadi sahələrin də perspektivliliyinə töhvə olacaq. 
Məlum olduğu kimi, 2025-ci ilin aprel ayından etibarən Naxçıvan şəhəri ilə Çin Xalq Respublikasının Sincan-Uyğur Muxtar Rayonunun Urumçi şəhəri qardaşlaşmış şəhərlər olaraq təsdiq olunmuşdur. Bu sahədə, həyata keçirilən tədbirlərin də olduqca mühüm tərkib hissəsi olaraq, Naxçıvan Dövlət Universitetinin müəllifi olduğu bu layihə də, bütünlükdə, ölkəmizin adına mühüm uğur olmaqdadır. 
Görüşün təşkilinə, əldə olunan anlaşmanın strukturuna və ardıcıllığına diqqət etdikdə bir daha əmin oluruq ki, qarşıdakı dövrlər ərzində həm, ölkəmizin milli iqtisadiyyatına, həm onun regional iqtisadi inkişaf sahəsində qətiyyətlə reallaşdırmış olduğu islahatların ruhuna, məqsədinə, hədəflərinə, eyni zamanda, həm də, uzunmüddətli Milli Prioritetlərinə müvafiq olaraq, səmərəli olacaq əməkdaşlıq istiqamətləri müəyyən olunmuşdur. Bunlar:
- yaşıl enerji sahəsində birgə layihələrin həyata keçirilməsindən;
- informasiya təhlükəsizliyi ixtisası üzrə ikili diplom proqramının yaradılmasından;
- süni intellekt və biotexnologiya sahələrində birgə mərkəzlərin qurulmasında ibarət olmaqdadır.
Düşünürük ki, hər üç istiqamət, həm də ölkənin milli iqtisadiyyatı üçün olduqca əhəmiyyətli olacaqdır. Hər şeydən əvvəl, ölkəmiz milli iqtisadi quruculuq prosesləri müstəvisində “Yaşıl iqtisadiyyat”a dayanıqlı keçid sahəsindəki təsisatları qətiyyətlə yaratmaqda, bu sahədə makroiqtisadi resurslardan məqsədyönlü şəkildə olmaqla, istifadə etməkdədir. Bununla yanaşı, məhz tarazlı iqtisadiyyat anlayışı çərçivəsində istər yeni perspektivlərin əhatəsinin həcminin və dinamikasının daha da zənginləşməsinə səbəb olmaqdadır. Təbii olaraq, “Yaşıl iqtisadiyyat”a keçidlə yanaşı, həm də, yeni iqtisadi prioritetlər əsasında informasiya təhlükəsizliyinin daha mütərəqqi metod və mexanizmlərinin səfərbər olunması, bunun milli iqtisadiyyat üçün səmərəliliyinin yüksəldilməsi, həmçinin də, süni intellektdən daha effektiv istifadə imkanlarının müəyyən olunması sahəsində məqsədyönlü tədbirlərin həyata keçirilməsi prioritet hesab olunmaqdadır.
Naxçıvan Dövlət Universiteti, son 6 ildə ölkəmizin Milli Prioritetlərinə daha mütərəqqi layihələr əsasında xidmət etməkdədir. Çünki, Azərbaycanla Çin arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin inkişafı artıq meqaiqtisadi səmərəliliyinə görə daha da aktual olmaqdadır. Çinin “Bir kəmər, bir yol” layihəsinin uğurlu təminatında Azərbaycan Respublikasının sadiq tərəfdaşlığı yüksək qiymətləndirilmiş və bu əsasda strateji hədəflər müəyyən olunmuşdur. Bu uğurların tərkib hissəsi olaraq, universitetlərimiz arasında birgə “İpək Yolu Araşdırmalar Mərkəzi”nin yaradılması ilə bağlı razılıq əldə olunmuşdur. 
Naxçıvan Dövlət Universitetinin Çinlə əməkdaşlıqları yeni perspektivlər, imkanlar və hədəflər müstəvisində olduqca səmərəli görünməkdədir. Artıq dünya səviyyəsində elm və tədrisin daha modern, daha interqasiyayönümlü, daha çevik mexanizmlər əsasında inkişafı qaçılmazdır. Bu mənada, ölkələr istər elm, istərsə də tədris prosesləri sahəsində ardıcıl, sistemli, əlaqəli islahatlar həyata keçirir, onu daha da etibarlı vəziyyətə gətirir. Buna görə də, Naxçıvan Dövlət Universitetinin Çinin ali təhsil müəssisələri, elmi mühiti, tədqiqat müəssisələri ilə qarşılıqlı əməkdaşlıqları olduqca faydalıdır.
Çinin bu sahədəki perspektiv və potensialı Naxçıvan Dövlət Universitetinə nə qazandıracaq? Hər şeydən əvvəl onu demək olar ki, universitetimizin yaxın, orta və uzaq gələcək üzrə hədəfləri var və bunun əlçatan olması sahəsində Çinin əməkdaşlığı faydalı olacaq. Xüsusilə də, yeni iqtisadi reallıqlar müstəvisində:
- Sənayeləşmə proseslərinin bütün iqtisadi rayonlar üzrə təşkilatlanması;
- Sənaye Park və Məhəllələriinin yaradılması, fəaliyyətlərinin təşkili və idarə olunması;
- Azad İqtisadi Zonaların yaradılması;
- Logistika sahəsindəki proseslərin ardıcıllığı;
- texnoloji təminat, alternativlik, innovasiyalaşma və digər xüsusiyyətlər bu sahədə prioritet hesab oluna bilər.
Bu sahədə, sosial, mədəni, hüquqi sahələr üzrə də üstünlüklər universitetimiz üzrə daha mütərəqqi nəticələr vəd edəcəkdir. Əslində, bu sahədə, ali məktəbimiz yetərli imkanlar yarada bilmişdir. Xüsusilə də, Pandemiyanın daha hökmran olduğu dövrlərdə tədris proseslərinin alternativ imkanlar əsasında keçirilməsi növbəti mərhələlər üçün əsaslı potensial kimi çıxış edəcəkdir.
Diqqət etdikdə aydın olur ki, eyni zamanda, yeni və uzunmüddətli priroitetlər çərçivəsində Çinlə logistika, turizm, süni intellekt, rəqəmsal media, incəsənət, tibb, istehsalat təcrübələri və yay məktəbləri sahəsində əməkdaşlıq xüsusi əhəmiyyətə malik olacaq. Təbii olaraq, bu proseslər, həm də, ölkəmizin bu sahədəki hədəflərinin daha da əlçatan olmasına zəruri töhvə olacaq. Həmçinin, bu sahədə, təhsil və tətbiq sahələrinin aktual olması, əmək bazarının tələblərinin nəzərə.alınmış olması, ixtisaslaşmaların bu əsasda diqqətdə saxlanılması, tələbə və müəllim mobilliyinin təminatlılığı, Peşə universitetlərinin təcrübəsinin öyrənilməsi kimi məsələlər daha mütərəqqi nəticələr vəd etməkdədir.
Bu, ölkəmizin iş adamlarına sahibkarlıq təşəbbüslərinə, yeni infrastruktur layihələrinin həyata keçirilməsinə daha mütərəqqi dəstək olacaq. 
Qeyd etmək olar ki, bu mövzular üzrə Naxçıvan Dövlət Universitetinin fakültələrində müvafiq ixtisaslar üzrə kadr və mütəxəssis hazırlıqlarını uğurla həyata keçirir və bu proseslər, əmək bazarının dəyişən tələblərinə uyğun olaraq təşkilatlanmışdır.
Təbii olaraq, bütün bunlar, xüsusilə də son 6 il ərzində hörmətli rektor Elbrus İsayevin dövlətimizin gündəlik qayğı və diqqətinin yüksək səviyyədə həyata keçirməsi, bütün kollektivin komanda şəraitində işləməsi və sarsılmaz birliyi əsasında mümkün olmuşdur.
Naxçıvan Dövlət Universitetinin Çinlə qarışılıqlı əlaqələrinin strukturunda olduqca mühüm perspektivlər özünü göstərməkdədir. Diqqət etdikdə aydın olur ki, elmi tədqiqat işlərinin aparılması sahəsində qarşılıqlı əməkdaşlıqların qurulması, elmi potensialın daha mütərəqqi əsaslarla formalaşdırılması, dünya elminə Çin vasitəsilə çıxış imkanlarının yaradılması olduqca mühüm nəticələr verəcəkdir. 
Xüsusilə, magistratura və doktorantura sahəsində birgə elmi rəhbərlik proqramlarının icra olunmasının nəzərdə tutulması daha aktual məsələ olacaqdır. Hazırda Naxçıvan Dövlət Universitetinin Magistratura və Doktorantura Mərkəzinin bu sahədəki hazırlıq işləri olduqca təqdirəlayiqdir. Belə ki, tədris planlarının və təhsil proqramlarının yenilənməsi, yeni və müasir tələblərə uyğun olan və əsasən də, müasir əmək bazarının dəyişən tələblərinə uyğun olaraq yeni ixtisasların açılması, məhz Çin elm və təhsilinin çağırışları ilə səsləşir. Demək olar ki, bu sahədə, NDU ilə Çin universitetləri və ya elmi tədqiqat müəssisələrinin birgə əməkdaşlıqları olduqca faydalı olacaq.
Eyni zamanda, ictimai, humanitar, dəqiq elmlər sahəsində birgə elmi tədqiqatlar üzrə layihələrin aparılmasında bu görüşlərin, müzakirələrin və anlaşmaların çox uzunmüddətli perspektivləri olacaq.
Hörmətli rektor Elbrus İsayevin rəhbərliyi ilə, Onun birbaşa ideyaları və təşəbbüsləri ilə reallaşmış olan bu nailiyyətlər müasir dövrün elm və tədris reallıqlarının nəzərə alınması ilə olduqca mühüm nəticələr vəd etməkdədir. 
Süni intellekt Mərkəzinin yaradılması, NDU tələbələrinin Pekin Kimya Texnologiyaları Universitetində təcrübə proqramlarında təmsil olunmaları, bəhs olunan ali təhsil müəssisəsinin mütəxəssislərinin NDU-nun tədris proseslərində təmsil olunmalarının hədəflənmiş olması, bir sıra birgə innovativ layihələrin nəzərdə tutulması məhz Elbrus müəllimin tələbəyönümlü, islahatçı və yenilikçi rəhbərliyinin olduqca mühüm təzahürüdür.
Bir sözlə, Çin səfərinin uğurlarına diqqət edəndə bir daha qürur duymağa dəyər. Çünki, NDU, bununla, “Bir kəmər, bir yol” layihəsinin reallaşmasına “bir elm, bir tədris” təşəbbüsü ilə böyük töhvə verdiyini bir daha ortaya qoymuşdur. 
Həmçinin, bu əməkdaşlıqlar, həm də Həzrəti Peyğəmbərimizin ümməti üçün buyurmuş olduğu müdrik ELM ÇİNDƏ DƏ OLSA ÖYRƏNİN, ARDINCA GEDİN kəlamına sadiqliyin olduqca gerçək ifadəsidir. Çünki, Elbrus İsayevin, dövlətimizin qayğı və diqqətindən almış olduğu güclə zəhmətkeş kollektivimizi məhz həmin yolla uğurla aparır.

Cavadxan Qasımov
Naxçıvan Dövlət Universitetinin dosenti,
İqtisad üzrə fəlsəfə doktoru

Best coffeeshop in Berlin