Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

U-12 basketbol millimiz Kutaisidə qələbələrini sıralayır 

Gürcüstanın Kutaisi şəhərində 12 yaşlı (U-12) basketbolçular arasında keçirilən və Azərbaycan millisinin də iştirak etdiyi Gela Darsadze beynəlxalq turnir davam edir. ABF-dən verilən məlumata görə, turnirə qələbə ilə başlayan U-12-miz qələbə seriyasını davam etdirir. Qeyd edək ki, startda yerli "Telavi"ni (55:21) üstələyən millimiz ikinci turda isə Estoniya təmsilçisi "Tal Tech" klubunu məqlub edib - 47:39.

Turnirə iyunun 1-də yekun vurulacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin