Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Qadın voleybol millimiz Vətənə dönüb

Qarşıdakı Avropa Liqasına hazırlaşan qadın voleybol millimiz ölkə xaricində keçirdiyi təlim-məşq toplanışını (TMT) başa vuraraq Vətənə dönüb.

AVF-dən verilən məlumata görə, baş məşqçisi Faiq Qarayev olan Azərbaycan millisi 12-16 may günlərində haziriqini Macarıstanda davam etdirib. Toplanış ərəfəsində millimiz yerli komanda ilə iki yoxlama matc keçirib. Hər iki oyun Faiq Qarayevin yetirmələrinin qələbəsi ilə bitib (3:0 və 3:1).

Ardından millimiz Maribora (Sloveniya) yollanıb və 16-29 may günlərində bu ölkədə TMT-ni davam etdirib. Faiq Qarayevin rəhbərlik etdiyi komanda bu ölkədə də özünü bir neçə yoxlama matçında sınayıb. Əvvəlcə Xorvatiyanı (3:1), daha sonraAvstriyani (3:1 və 3:1) iki dəfə məğlub edən millimiz sonda isə ABŞ təmsilçisi olan "Colgate" klubunu üstələyib - 3:0.

Yeri gəlmişkən, üç turdan ibarət olan Avropa Liqasının ilk turu 5-7 oyun günlərində Bakıda keçiriləcək. Rəqiblərimiz isə İsveç və Estoniya olacaq. 

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin