Kişi voleybol millimiz Belarus TMT-ni başa vurub
Qarşıdakı Avropa Liqasına hazırlaşan kişi voleybolçulardan ibarət yığma komandamızın Minsk (Belarus) təlim-məşq toplanışı (TMT) başa çatıb və komandamız Vətənə dönüb. Qeyd edək ki, baş məşqçi Boris Qrebennikovun rəhbərliyi altında Belarusda davam edən 6 günlük (22-27 May) toplanış ərəfəsində millimiz yerli "Minsk" klubu ilə iki yoxlama sınaq matçına çıxıb. Razılaşma əsasında 4 setdən ibarət olması nəzərdə tutulan hər iki oyun yerli komandanın qələbəsi ilə bitib (0:4 və 1:3).
Xatırladaq ki, Boris Qrebennikov TMT-ya 4-u 17 yaşlı olmaqla, 17 voleybolçu cəlb edib.
Yeri gəlmişkən üç turdan ibarət olan Avropa Liqasının ilk turu 5-7 iyun günlərində İsveçdə təşkil ediləcək. Millimiz bu turda yerli İsveç və Yunanıstan komandası ilə qarşılaşacaq.
İkinci tur 12-14 iyun aralığında Rumıniyada, üçüncü tur isə 19-21 oyunda Bakıda keçiriləcək.
İNTİQAM Məmmədov


