Çimərlik güləşi üzrə U-17-miz Avropada birinci olub
Xorvatiyanın Porec şəhərində 17 yaşlılar (U-17) arasında çimərlik güləşi üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı Avropa çempionatı başa çatıb.
AGF-dən verilən məlumata görə, yığmamız çempionatı 4 (2-2-0) medalla komanda hesabında birinci yerdə başa vurub. Qızıl medallar bütün görüşlərini qələbə ilə bitirən Elcan Həsənovla (60 kq) Ruslan Vəliyevin (80 kq) aktivinə yazılıb. Gümüş medallar isə yalnız həlledici finalda büdrəyərək çıxışını ikinci yerdə bitirən Elvin Hacıquliyevin (80 kq) və Rəşad Əliyevin (70 kq) payına düşüb.
Maraqlıdır ki, Elvin həlledici finalda öz komanda yoldaşı Ruslana məqlub olub - 0:3.
İNTİQAM Məmmədov


