Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Boksçularımız Batumidə 5 medal qazanıblar

Bilalhəbaşi Nəzərov Batumidə qızıl medal qazanıb 

Gürcüstanın Batumi şəhərində boks üzrə keçirilən və Azərbaycan boksçularının da iştirak etdiyi beynəlxalq turnirə yekun vurulub.

ABF-dən verilən məlumata görə, məşqçi Elburus Rzayevin rəhbərliyi altında sözügedən turnirə qatılan millimizin 5 üzvü imamla döyüşərək mükafatçılar sırasında yer alıb. Bunların arasında ən yaxşı nəticəni isə Bilalhəbaşi Nəzərov (50 kq) göstərib. O, bütün döyüşlərini qələbə ilə başa vuraraq, qızıl medal qazanıb. Gümüş medal yalnız həlledici finalda büdrəyən Kənan Nəcəfovun (+90 kq) aktivinə yazılıb.

Bürünc medalları isə çıxışını üçüncü yerdə bitirən Tayfur Əliyev (60 kq), Əli Abdullayev (65 kq) və Abbasqulu Şadlinski (73 kq) qazanıb.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin