Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Bakıda keçiriləcək Avropa Voleybol Çempionatının topları təqdim olunub

Bir hissəsi Azərbaycanda keçiriləcək 2026-cı il Avropa Çempionatının rəsmi topları təqdim edilib.

Qadınlar arasında Avropa Çempionatının rəsmi topları Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən Mikasa ilə əməkdaşlıq çərçivəsində hazırlanıb. Oyun avadanlığının dizaynı klassik üslubu müasir elementlərlə birləşdirərək turnirin final mərhələlərinə ev sahibliyi edən ölkələrin rənglərini əks etdirir. Xatırladaq ki, qadınlar arasında finala Türkiyə, kişilər arasında isə İtaliya ev sahibliyi edəcək.

Qruplardan birində oyunlar Azərbaycan tərəfindən təşkil olunacaq. Bakının ev sahibliyi edəcəyi C qrupunda Azərbaycan, Portuqaliya, Hollandiya, Belçika, Rumıniya və İspaniyanın qadın komandaları mübarizə aparacaq. Qrupun qalan oyunları Türkiyədə (A qrupu), Çexiyada (B qrupu) və İsveçdə (D qrupu) keçiriləcək.

Bakı oyunları 21-28 avqust 2026-cı il tarixlərində Milli Gimnastika Arenasının əsas arenasında keçiriləcək.

Best coffeeshop in Berlin