Azərbaycanlı yaxtçılar Türkiyədə beynəlxalq reqatada yarışacaqlar
Azərbaycan yelkənli qayıq komandası Türkiyənin Urla şəhərində keçiriləcək beynəlxalq Pro Sailing Optimist Cup reqatasında iştirak edəcək.
Yarış 4-7 iyun 2026-cı il tarixlərində keçiriləcək. Azərbaycan Su İdmanı Federasiyası turnirdə beş idmançı ilə təmsil olunacaq.
Komandanın tərkibinə Furkan Mustafayev, Kamal Bəşirli, Syama Mansurzadə, Amira Bayramova və Kamilla Həsənova daxildir. Azərbaycan idmançıları beynəlxalq reqatada fəxri kürsü uğrunda mübarizə aparacaqlar.
Komandanın meneceri Burcu Algon Georgiani, məşqçisi isə Panagiotis Papadakisdir.
Yarışa hazırlıq məqsədilə Azərbaycan komandası 30 mayda Urlada təlim-məşq toplanışına başlayacaq.


