Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycan millisi AURO-2026-ya qələbəylə başlayıb 

Mayın 27-də Slovakiyanın paytaxtı Bratislavada Azərbaycan da daxil olmaqla, qitənin 24 komandasının iştirakı ilə mini-futbol üzrə növbəti Avropa çempionatına start verilib. 

Turnirin F qrupunda yer alan Azərbaycan millisi ilk matçını mayın 28-də Avstriya komandasına qarşı keçirib. Görüş millimizin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. Matçın taleyini həll edən yeganə qolun müəllifi isə 36-ci dəqiqədə İsa Atayev olub. 

Yeri gəlmişkən, ötən il Bakıda keçirilən DC-2025-in qalibi adını daşıyan millimiz mayın 29-da İtaliya, mayın 30-da isə Fransaya ilə qarşılaşacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin