"Barselona"nın baş məşqçisi mövsümün sonunda vəzifəsindən ayrılacaq
Məşhur ispan basketbol məşqçisi Xavyer Paskual cari mövsümdən sonra "Barselona"nın baş məşqçisi vəzifəsindən istefa verəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Barselona" Xavyerə son bir neçə ay ərzində gördüyü işlərə görə təşəkkür edir və gələcəkdə ona uğurlar arzulayır", - deyə mətbuat açıqlamasında bildirilir.
Xavyer Paskual "Barselona"da 2025-ci ilin noyabr ayında işə başlayıb.
Əvvəllər Paskualın Dubayla danışıqlar apardığı barədə məlumatlar yayılmışdı.


