Yeni yüklər Rusiyadan Ermənistana Azərbaycan vasitəsilə göndəriləcək
Rusiyadan Ermənistana karbamid və un Azərbaycan vasitəsilə göndəriləcək.
Sabah Rusiyadan Ermənistana iki vaqon karbamid və bir vaqon un göndəriləcək. Qatar saat 11:00-da "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşəcək, Böyük-Kəsik stansiyası vasitəsilə Gürcüstana gedəcək və oradan da Ermənistana davam edəcək.


