Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycanın qadınlardan ibarət qılınc yığması Dünya Kubokunun ilk 6-lığına daxil olub

Perunun Lima şəhərində başa çatan Qılıncoynatma üzrə Dünya Kuboku mərhələsində Azərbaycan qadın qılınc komandası altıncı yeri tutub.

Anna Başta, Səbinə Kərimova, Polina Kaspiaroviç və Zərifə Hüseynovadan ibarət milli komanda turniri 24 komanda arasında altıncı yerdə başa vurub.

Açılış matçında Azərbaycan qılınc komandası Kolumbiyanı 45-27 hesabı ilə inamla məğlub edib. Daha sonra dörddəbir finala yüksəlmək uğrunda mübarizədə Azərbaycan komandası turnirin favoritlərindən biri olan Yaponiyanı 45-39 hesabı ilə məğlub edib.

Yarımfinal matçında Azərbaycan idmançıları Polşa komandası ilə qarşılaşdılar. Gərgin keçən qarşılaşma Polşa komandasının minimal hesablı qələbəsi ilə başa çatdı - 45-44.

5-8-ci yerlər uğrunda görüşlərdə Azərbaycan komandası Cənubi Koreya komandasını 45-41 hesabı ilə məğlub etdi, lakin İtaliyaya 42-45 hesabı ilə məğlub oldu.

Best coffeeshop in Berlin