“İncəsənət vasitəsilə dialoq” adlı Azərbaycan rəssamlarının kollektiv sərgisi keçirildi +FOTO=35
20 may 2024-cü il tarixində Çinin Pekin şəhərində yerləşən "Today Art Museum" Müasir İncəsənət Muzeyində, Azərbaycanın Çindəki Səfirliyinin dəstəyi ilə “İncəsənət vasitəsilə dialoq” adlı Azərbaycan rəssamlarının kollektiv sərgisi keçirildi. Sərginin təşkilatçıları Innovation Art and Travel Center və Aydani Art Gallery olmuşdur.
Sərgidə tanınmış rəssam və heykəltəraşların, həmçinin Azərbaycanın xalq və əməkdar rəssamlarının əsərləri, eləcə də gənc və yeni başlayan rəssamların işləri nümayiş etdirildi.
Sərginin açılışında Azərbaycanın Çindəki səfiri Bünyət Hüseynov, Innovation Art and Travel Center-in direktoru Çinar Məmmədova, Aydani Gallery-nin direktoru Aydan Məmmədova, Aydani Gallery-nin kuratoru və rəqəmsal rəssam Sevil Kərimova, həmçinin Pekində yerləşən Today Art Museum-un direktoru çıxış etdilər.
Dəvət olunmuş qonaqlar arasında müxtəlif ölkələrin səfirləri, kolleksiyaçılar, qalereya rəhbərləri, həmçinin həm Azərbaycan, həm də Çin tərəfdən incəsənətsevərlər və yaradıcı mühitin nümayəndələri iştirak edirdilər.
Proqramın xüsusi hissələrindən biri Aydan Məmmədovanın bədii performansı oldu. Rəssam real vaxt rejimində təmiz kətan üzərində Azərbaycan və Çin simvollarını bir kompozisiyada birləşdirərək rəsm yaratdı. Əsərin son elementi nar oldu — bu obraz rəssamın yaradıcılığında xüsusi yer tutur və onun əsərlərində tez-tez rast gəlinir. Bu kompozisiyada nar iki ölkə arasında mədəni əlaqənin, birliyin və dialoqun simvolu kimi təqdim edildi.
“İncəsənət vasitəsilə dialoq” sərgisinin adı onun əsas ideyasını — incəsənətin universal dili vasitəsilə mədəni əlaqələrin və qarşılıqlı anlaşmanın gücləndirilməsini əks etdirirdi.
* * *
* * *
ENG:
On May 20, 2024, in Beijing, China, a collective exhibition of Azerbaijani artists titled "Dialogue Through Art" was held at Today Art Museum, with the support of the Embassy of Azerbaijan in China. The exhibition was organized by Innovation Art and Travel Center and Aydani Art Gallery.
The exhibition featured works by renowned artists and sculptors, as well as pieces by People's and Honored Artists of Azerbaijan, alongside artworks by young emerging artists.
At the opening ceremony, welcoming speeches were delivered by Bunyat Huseynov, Ambassador of Azerbaijan to China; Chinar Mammadova, Director of Innovation Art and Travel Center; Aydan Mammadova, Director of Aydani Gallery; Sevil Kerimova, curator of Aydani Gallery and digital artist; and the Director of Today Art Museum in Beijing.
Among the invited guests were ambassadors from various countries, collectors, gallery directors, art enthusiasts, and representatives of creative communities from both Azerbaijan and China.
A special part of the program was an artistic performance by Aydan Mammadova. In real time, the artist created a painting on a blank canvas, combining symbols of Azerbaijan and China in a single composition. The final element of the artwork was a pomegranate — an image that holds a special place in the artist’s work and frequently appears in her paintings. In this composition, the pomegranate symbolized cultural connection, unity, and dialogue between the two countries.
The exhibition title, "Dialogue Through Art," reflected its main idea — strengthening cultural ties and mutual understanding through the universal language of art.
* * *
* * *
RU:
20 мая 2024 года в Китае, в городе Пекин, в Музее современного искусства "Today Art museum" состоялась коллективная выставка азербайджанских художников «Диалог через искусство», организованная при поддержке Посольства Азербайджана в Китае. Организаторами выставки выступили Innovation Art and Travel Center и«Aydani Art Gallery».
На выставке были представлены работы известных художников, скульпторов, также произведения народных и заслуженных художников Азербайджана, а также работы молодых начинающих художников.
С приветственной речью на открытии выставки выступили посол Азербайджана в Китае Бюньят Гусейнов, директор Innovation Art and Travel Center Чинар Мамедова, директор Aydani Gallery Айдан Мамедова, куратор галереи Aydani, цифровой художник Севиль Керимова, директор музея Today Art Museum в Пекине.
Среди приглашённых гостей присутствовали послы различных стран, коллекционеры, директора галерей, а также ценители искусства и представители творческих кругов как азербайджанской, так и китайской стороны.
Частью программы стал художественный перформанс Айдан Мамедовой. В режиме реального времени художница создала картину на чистом холсте, объединив в одной композиции символы Азербайджана и Китая. Завершающим элементом произведения стал гранат — образ, который занимает особое место в творчестве художницы и часто присутствует в её работах. В данной композиции гранат стал символом культурной связи, единства и диалога между двумя странами.
Название выставки — «Диалог через искусство» — отразило её главную идею: укрепление культурных связей и взаимопонимания через язык искусства.


