Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Parakarateçilərimiz AÇ-yə 2 bürünclə başlayıblar

Almaniyanın Frankfurt şəhərində parakarate üzrə Avropa çempionatı keçirilir. Çempionatın ilk günü Azərbaycan yığması üçün uğurlu olub. AMPK-dən verilən məlumata görə, start günü iki təmsilçimiz - Fərrux Qaybaliyev və Aysel Əhmədli çıxışını üçüncü yerdə başa vuraraq, bürünc medal qazanıb. Fərrux bürünc medal uğrunda görüşdə isveçli Max Perssonu, Aysel isə İtaliya təmsilçisi Cecilia Fortu üstələyib.

Hər iki təmsilçimiz K10 versiyasında döyüşüb.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin