Kişi voleybol millimiz Belarusa yollanıb
Baş məşqçisi Boris Qrebennikov olan kişi voleybol millimiz qarşıdakı Avropa Liqasina hazırlıq prosesini davam etdirir. Mayın 4-də Bakı Voleybol Mərkəzində startı verilən təlim-məşq toplanışı (TMT) dünən başa çatıb və komanda mayın 22-də Belarusun paytaxtı Minsk şəhərinə yollanıb. AVF-dən verilən məlumata görə, Belarus toplanışı 6 gün davam edəcək. Bu TMT ərəfəsində voleybolçularımız özlərini bir neçə yoxlama görüşlərində də sınayacaqlar. Yeri gəlmişkən, baş məşqçi Boris Qrebennikov yığmanın düşərgəsinə dördü 17 yaşlı olmaqla 17 voleybolçu cəlb edib.
Xatırladaq ki, üç mərhələdən ibarət olan Avropa Liqasının ilk turu 5-7 oyun günlərində İsveçdə, ikinci turu 12-14 İyun aralığında Rumıniyada, üçüncü mərhələ isə 19-21 oyun tarixində Bakıda keçiriləcək.
İNTİQAM Məmmədov


