Tennisçimiz Nihad Məmmədov "Ginnesin Rekordlar Kitabı"na düşüb
Azərbaycanın stolüstü tennis üzrə seçmə komandasının üzvü Nihad Məmmədov topu uzaq məsafədən oyuna daxil etməkdə qeydə alınan son dünya rekordunu yeniləməklə adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb. O, buna aprelin ayında "Şüa Sağlamlıq İdman Kompleksində" təşkil edilən mərasimdə nail olub. Nihad topu 18.20 metr məsafədən oyuna daxil etməklə, türkiyəli həmkarı Osman Gürcüyə (17.50 metr) məxsus olan son dünya rekordunu qırıb.
İNTİQAM Məmmədov


