Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

WUF13-ün dördüncü günü yekunlaşdı

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) dördüncü günü yekunlaşıb.

Dünyanın ən nüfuzlu qlobal şəhərsalma platformalarından biri hesab olunan, 182 ölkədən 40 mindən artıq iştirakçı qeydiyyatdan keçdiyi forumun dördüncü günü də bir sıra mühüm tədbirlər və hadisələrlə yadda qalıb.

Forumun dördüncü günü “Siyasət, sənədlər və maddi resurslar: böhranlara hazırlıq və onlara cavab tədbirlərinin təmin edilməsi üçün potensialın gücləndirilməsi” mövzusunda təlim keçirilib.

Təlim qısa ekspert tövsiyələrini ssenari əsaslı imitasiya məşqi ilə birləşdirib.
Yerli hakimiyyət orqanları, akademik dairələr, humanitar təşkilatlar və QHT-lərdən dəvət olunmuş beş ekspert böhranlara hazırlıq və onlara cavab tədbirləri sahəsində praktikada sınaqdan keçmiş metodları bölüşüblər.

Forum çərçivəsində Azərbaycanla Keniya arasında anlaşma memorandumu imzalanıb.

Fotolar: Mahir Əhmədov

Best coffeeshop in Berlin