Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

WUF13 çərçivəsində Xəzər regionunda iqlimədavamlı şəhər və icmalara həsr olunmuş yüksək səviyyəli tədbir keçirilib

“Xəzər regionunda iqlimədavamlı şəhər və icmalar: Urbanistik adaptasiya üçün iqlim maliyyəsinin səfərbər edilməsi” adlı bu tədbir 19 may tarixində Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirliyi ilə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) təşəbbüsü əsasında, eləcə də BMT-nin Ətraf Mühit Proqramı (UNEP) və Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) ilə tərəfdaşlıq çərçivəsində təşkil olunub.
Tədbirdə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax, UNEP-in icraçı direktorunun müavini Elizabet Maruma Mrema və Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Ağakərim Səmədzadə açılış nitqi ilə çıxış ediblər.
Tədbir zamanı Xəzər regionunda iqlim dəyişmələrinin şəhərlər və sahilyanı icmalara təsiri, urbanistik adaptasiya sahəsində regional əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti, eləcə də iqlimədavamlı şəhərsalma üçün iqlim maliyyəsinin və tərəfdaşlıqların səfərbər olunması üzrə imkanlar ətrafında müzakirələr aparılıb. İştirakçılar həmçinin ekoloji idarəetmə, sahilyanı şəhərlərin iqlimə davamlılığı və iqlim adaptasiyası üzrə innovativ həll variantları sahəsində təcrübə mübadiləsi aparıblar.
Eyni zamanda, tədbirdə iqlimədavamlı şəhərsalmanın təşviqi istiqamətində Azərbaycanın həyata keçirdiyi fəaliyyətlərə diqqət yetirilib. Bu fəaliyyətlər sırasında Adaptasiya Fondunun maliyyə dəstəyi çərçivəsində BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən UNEP və IOM ilə birgə icra olunan “Azərbaycanda iqlimədavamlı şəhər və icmaların yaradılması” proqramı xüsusi qeyd edilib.
Tədbirdə Azərbaycan Hökumətinin nümayəndələri, BMT-nin aidiyyəti qurumları, beynəlxalq maliyyə institutları, layihələrin icrası üzrə tərəfdaşlar və özəl sektor təmsilçiləri iştirak ediblər.

* * *

* * *

ENG:

A high-level event on climate-resilient cities and communities in the Caspian region was held within the framework of WUF13

The event, titled “Climate-Resilient Cities and Communities in the Caspian Region: Mobilizing Climate Finance for Urban Adaptation,” took place on 19 May and was jointly organized by the Ministry of Ecology and Natural Resources of the Republic of Azerbaijan and the United Nations Human Settlements Programme (UN-Habitat), in partnership with the United Nations Environment Programme (UNEP) and the International Organization for Migration (IOM).

The event was opened by Ms. Anacláudia Rossbach, Executive Director of UN-Habitat; Ms. Elizabeth Maruma Mrema, Deputy Executive Director of UNEP; and Aghakarim Samadzadeh, First Deputy Minister of Ecology and Natural Resources of the Republic of Azerbaijan.

Discussions focused on the impacts of climate change on cities and coastal communities in the Caspian region, the importance of strengthening regional cooperation on urban adaptation, and opportunities to mobilize climate finance and partnerships for resilient urban development. Participants exchanged experiences on environmental governance, coastal city resilience, and innovative solutions for climate adaptation.

The event also highlighted Azerbaijan’s efforts to advance climate-resilient urban development, including through the “Building Climate Resilient Cities and Communities in Azerbaijan” programme, implemented by UN-Habitat with UNEP and IOM, with financing from the Adaptation Fund.

The event brought together representatives of the Government of Azerbaijan, UN entities, international financial institutions, development partners and the private sector.

Best coffeeshop in Berlin