Güləşçilərimiz Danışandan 2 bürünclə dönüblər
Dağıstanın (Rusiya) Kaspiysk şəhərində Əli Əliyevin xatirəsinə sərbəst güləş üzrə ənənəvi beynəlxalq turnir keçirilib. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, turnirdə ölkəmizi təmsil güləşçilərdən ikisi uğurla çıxış edərək mükafatçılar sırasında yer alıb. Söhbət çıxışını üçüncü yerdə bitirən Ruslan Abdullayev (65 kq) və Abubəkir Abakarovdan (92 kq) gedir.
İNTİQAM Məmmədov


