Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycanlı oxatanlar Avropa çempionatında yarışacaqlar

Azərbaycan oxatma komandası Türkiyədə keçiriləcək Avropa Açıq Hava Çempionatında iştirak edəcək.

Bu barədə Azərbaycan Oxatma Federasiyası məlumat verib.

Yaylagül Ramazanova, Maqomedali Əliyev, Fatimə Hüseynli, Lalə Əbdürrəhmanova, Sərdar Vəliyev və Nurlan Rəhimli qitənin ən nüfuzlu turnirlərindən birində ölkəni təmsil edəcəklər.

Yarış proqramına əsasən, idmançılar fərdi, komanda və qarışıq növlərdə yarışacaqlar.

Çempionata hazırlıq məqsədilə Azərbaycan oxatmaçıları Quba Olimpiya İdman Kompleksində Belarus komandası ilə birgə məşq keçiblər. 3 maydan etibarən komanda hazırlıqlarını Antalyada davam etdirir və beynəlxalq təlim-məşq toplanışı qarşıdan gələn Avropa Çempionatının keçiriləcəyi arenada birbaşa keçirilir.

Turnir 18-24 may tarixlərində Antalyada keçiriləcək.

Best coffeeshop in Berlin