Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Cüdoçularımız Sarayevoda keçiriləcək Avropa çempionatında mübarizə aparacaqlar

Azərbaycan cüdoçuları 16-17 may tarixlərində Sarayevoda keçiriləcək Avropa Kata Çempionatında iştirak edəcəklər.

Ölkəni qitə çempionatında sonuncu Azərbaycan Kata Çempionatının qalibləri Famil Əsədov (tori) və Yusif Əhmədov (uke) təmsil edəcək.

Azərbaycan idmançıları yeniyetmələr arasında "nage-no-kata" proqramında yarışacaqlar.

Qeyd edək ki, beynəlxalq turnirdə 26 ölkədən 346 idmançı iştirak edəcək.

Best coffeeshop in Berlin