Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

17 yaşlı güləşçimiz Xədicə Qurbanzadə AÇ-da ikinci olub

Bolqarıstanın Samokov şəhərində 17 yaşlılar (U-17) arasında idman güləşi üzrə keçirilən və Azərbaycan idmançılarının da iştirak etdiyi Avropa çempionatı davam edir. Çempionatın dördüncü günü yiqmamizin aktivinə daha bir gümüş medal yazılıb. Medalın sahibi isə 49 kq çəkidə mubarizə aparan Xədicə Qurbanzadə olub. O, həlledici finalda ukraynalı rəqibi Olena Kolubayla bacarmayıb - 0:10. Bununla da, 17 yaşlı güləşçimiz debüt etdiyi Avropa çempionatında gümüş medal qazanıb. Xatırladaq ki, Qurbanzadə ötən il isə MDB Oyunlarında üçüncü yeri tutub.

İNTİQAM Məmmədov

Best coffeeshop in Berlin