2026-cı il FİFA Dünya Kubokunun finalında bu məşhurlar çıxış edəcək
Amerikalı müğənni Madonna, Kolumbiyalı müğənni Şakira və Cənubi Koreyalı BTS qrupu ABŞ-nin Şərqi Rezerford şəhərindəki MetLife stadionunda keçiriləcək 2026-cı il FIFA Dünya Kuboku finalının fasiləsində çıxış edəcəklər.
Britaniyalı rok qrupu Coldplay bu barədə sosial mediada məlumat verib.
"Madonna, Şakira və BTS 19 iyulda ABŞ-nin Nyu-Cersi ştatındakı stadionda keçiriləcək ilk FIFA Dünya Kuboku finalının fasilə şousunun aparıcıları olacaqlar.
Coldplay-dən Kris Martinin aparıcılığı və Global Citizen tərəfindən hazırlanan şou, dünyadakı uşaqlar üçün keyfiyyətli təhsil və futbola çıxışı yaxşılaşdırmağı hədəfləyən FIFA-nın Qlobal Vətəndaş Təhsili Fondu üçün vəsait toplayacaq", - deyə açıqlamada bildirilir.


