Türkiyədə Azərbaycanın iştirakı ilə keçirilən EFES-2026 çoxmillətli təlimləri davam edir
Türkiyə Respublikasında Azərbaycan hərbçilərinin iştirakı ilə çoxmillətli birgə "EFES 2026" təlimi davam edir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Media və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.
Azərbaycan nümayəndə heyətinin rəhbəri general-leytenant Azər Əliyev təlim ərazisi ilə tanış olub, təlim mərkəzlərində yaradılan şərait və həyata keçirilən fəaliyyətlərlə maraqlanıb.
Qeyd olunur ki, təlim iştirakçı ölkələrin bölmələri arasında birgə əməliyyatlarda koordinasiyanın gücləndirilməsinə, eləcə də qarşılıqlı təcrübə mübadiləsinə yönəlib.


