Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı başa çatıb

Mayın 11-də ölkəmizdə Bakı ("Sea Breeze") - Sumqayıt marşurutu üzrə startı verilən və Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı Bakı - Xankəndi Azərbaycan Velosiped Yarışı bu gün baş tutan Tərtər - Aqdam - Füzuli - Şuşa - Xankəndi marşurutu üzrə keçirilən sonuncu (5-ci) mərhələ ilə başa çatıb. Velosipedçilər son mərhələdə 181.5 km məsafəni qət ediblər. Mərhələnin qalibi isə məsafəni 4 saat 16 dəqiqə 35 saniyəyə qət edən Coş Barneti ("Burqos Burpellet PH", İspaniya) olub. Maraqlıdır ki, 4-cü mərhələdə finişə ikinci çatan Henok Mulubiphan ("XDS Astana", Qazaxıstan) son mərhələdə də ikinci olub. Bu mərhələdə ilk üçlüyü isə "Burqos Burpellet PH" komandasının digər üzvü Erik Antonio Faqundes tamamlayıb. 

Son mərhələdən sonra həm də ümumi təsnifatın lideri müəyyənləşib. Ümumi liderə məxsus göy köynək Coş Barnetiyə təqdim olunub. Beləliklə, o, Bakı-Xankəndi Azərbaycan velosiped yarışının qalibi olub.

İkinci yeri "XDS Astana" komandasının üzvü Henok Mulubiphan tutub. İlk üçlüyü Aleksandr Bolmer ("Soliton Tech NİPPO Falı", İtaliya) tamamlayıb.

Yarışın ən yaxşı gənc velosipedcisi adına isə İker Qomez ("Equiqo Kern Pharma", İtaliya) layiq görülüb.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin