Prokurorlar Sarkoziyə yeddi il həbs cəzası tələb ediblər
Fransa prokurorluğu, 2007-ci il seçki kampaniyasının Liviyanın maliyyələşdirilməsi iddiası ilə bağlı apelyasiya məhkəməsində Fransanın keçmiş prezidenti Nikola Sarkozi üçün yeddi il həbs cəzası istəyib.
Bu barədə BFM televiziya kanalı məlumat yayıb.
Bundan əlavə, prokurorluq Sarkozinin 300.000 avro cərimə və beş illik dövlət vəzifəsi tutmasının qadağan edilməsini istəyib.


