Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

 Güləşçimiz Əli Cavadlı Avropa çempionu olub 

Bolqarıstanın Samokov şəhərində 17 yaşlılar (U-17) arasında idman güləşi üzrə keçirilən və Azərbaycan təmsilçilərinin iştirak etdiyi Avropa çempionatında yunan-Romaçıların yarışı başa çatıb. Qeyd edək ki, çempionatın ikinci günü 3 (0-2-1) medal qazanan millimiz üçüncü gün biri qızıl, ikisi bürünc əyarlı olmaqla daha üç medal qazanıb. Günün qızıl medalı bütün görüşlərini qələbə ilə başa vuran Əli Cavadlınin (45 kq), bürünclər isə Hüseyn Mustafazadə (51 kq) ilə Zöhrab Səfərovun (92 kq) payına düşüb. 

Bununla da yunan-Roma güləşi üzrə U-17 millimiz Avropa çempionatıni 6 (1-2-3) medal və 118 xalla komanda hesabında üçüncü yerdə başa vurub.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin