Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycan 17 yaşadək komandalar arasında Avropa çempionatında üçüncü yeri tutdu

Bolqarıstanın Samokov şəhərində keçirilən 17 yaşadək yunan-Roma güləşçiləri arasında Avropa çempionatı başa çatdı.

Azərbaycan komandası turnirdə yaxşı çıxış edərək komanda hesabında üçüncü yeri tutub. Azərbaycan güləşçiləri 118 xal toplayaraq altı medal - bir qızıl, iki gümüş və üç bürünc medal qazanıblar.

Əli Cavadlı (45 kq) Avropa çempionu olub. Gümüş medalları Ömər Salmanov (48 kq) və Qurban Məcnunov (55 kq) qazanıblar. Bürünc medalçılar Hüseyn Mustafazadə (51 kq), Orxan Həbibli (65 kq) və Zöhrab Səfərov (92 kq) olub.

Komanda hesabında Rusiya birinci yeri (170 xal), Ermənistan isə ikinci yeri (145) tutub.

Best coffeeshop in Berlin