Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Hollandiyada alman qoşunlarına hücum edilib

Niderlandın Limburq əyalətinin Brunssum şəhərindəki NATO qərargahında xidmət edən iki alman əsgəri naməlum şəxslərin hücumuna məruz qalıb və yüngül xəsarətlər alıb.

Bu barədə Hart van Niderland portalı məlumat yayıb.

Portala görə, hücum edənlər maskalı olublar və "NATO əleyhinə şüarlar səsləndiriblər". Hazırda Kral Hərbi Polisi hadisəni araşdırır.

Lakin ölkə hakimiyyəti və alyansın rəhbərliyi hücumun dəqiq yeri və vaxtını açıqlamayıb. Şübhəlilərin həbsi ilə bağlı heç bir məlumat verilməyib.

Best coffeeshop in Berlin