Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Gələcəyin çempionu

 

Masallı Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin sərbəst güləş bölməsinin 9 yaşlı perspektivli idmançısı Həmzə Əzizov uğurları ilə diqqət çəkməyə davam edir. Kiçik yaşına baxmayaraq göstərdiyi əzmkarlıq, zəhmətkeşlik və yüksək nəticələr onun gələcəyinə böyük ümidlər yaradır.
Vətən Müharibəsi Qəhrəmanı Ramiz Cəfərov adına Masallı şəhər 6 saylı tam orta məktəbin şagirdi olan yeniyetmə güləşçi müxtəlif zona yarışlarında, açıq birinciliklərdə və turnirlərdə uğurla çıxış edərək dəfələrlə qalib və mükafatçı adlarını qazanıb. O, yalnız idmanda deyil, təhsildə də nümunəvi göstəriciləri ilə seçilir.
Həmzə Əzizov Bakı birinciliyində də iştirak edərək nümayiş etdirdiyi döyüş ruhu və əzmkarlıqla məşqçilərinin rəğbətini qazanıb.
6 yaşından Masallı UGİŞM-də məşqlərə başlayan gənc idmançı hazırda məktəbin məşqçi-müəllimi Cavad Həsənovun rəhbərliyi altında məşqlərini daha intensiv şəkildə davam etdirir. Yeniyetmə pəhləvan qarşıdakı yarışlara böyük həvəs və inamla hazırlaşır. O, daha mötəbər yarışlarda yeni qələbələr qazanmağı hədəfləyir.

 

Akif AĞAYEV
 

Best coffeeshop in Berlin