Ukrayna prokurorları Yermakın həbsini tələb edir
Ukrayna prokurorluğu məhkəmədən Vladimir Zelenskinin prezident aparatının keçmiş rəhbəri Andrey Yermak üçün girov qoymaqla məhkəməyəqədər həbs qətimkan tədbiri seçməsini xahiş edəcək.
Bu barədə Xüsusi Antikorrupsiya Prokurorluğunun (SAPO) rəhbəri Aleksandr Klimenko brifinqdə bildirib.
"Prokurorluq Yermakın 180 milyon qrivna (4,1 milyon dollar) məbləğində girov qoymaqla həbsdə saxlanılmasını tələb edəcək", - deyə o bildirib.


