Nəsib Abid:
Fərman Saraçlı lirikasının mənəvi duyarlılığı
"Görüş" insanların duyğularını bir araya gətirən ünsiyyətdən yaranır..
Ünsiyyətin ruh halını yaradan, Sözün və düşüncələrin həyat birliyinə uyum saxlanmasıdır..
Fikirlərin duyarlılığı, qəlbin həyat naxışına yol açır .
Fərman Saraçlı /Saraçlı/ nın şerləri, hekayələri və povestlərində həyatin iç dünyasının aydınlığı özünə inamı təlqin edir.
Şairin "Son görüş" adlı ilk kitabının həyat məramı, insanın ömür yolunun şəffaflığına aydınlıq gətirməsidir.
....
Mən hansı həvəslə,hansı havaya,
Oynayım ki,yatmış bəxtim oyansın?!
Mən hansı istəklə şer yazım ki,
Qəlbimdə:- istəyim-ruhum, oyansın?!
Əzəldən beləymiş dünyanın işi ,
Həyat davam edir, vədə azalır.
Zaman "atlı",- ömür öz axarında,
Gün keçir-yaş ötür,cismim qocalır!
/Ruhum oyansın/
.....
Sevginin həyat duyumu, insanın ömür yolunun şəffaflığını aydına çıxarır..
Duyğuların ruh aləminin həyatla əlaqəsi, insanın mənəvi dəyərini ortaya qoyur..
Həyata nikbin baxışın yaranması, sözdən yaranan hisslərinin assosiativ həyat cazibədarlığı ilə izah olunur.
Fərman Saraçlı nın lirikasında insanoğlunun həyat duyarlılığı öz doğmalığına qovuşdurur insanı..
...
Bilirəm:- gedənə, zaval yox dönüş,
Bir daha geriyə gəlməyəcək, O...
Yenə olmayacaq o vaxtkı "görüş",
Yenə həsrətimi çəkməyəcək ,O..
Nə olsun alışım,od olub yanım?
Gündüz Qəlbim sızlar,gecələr canım.
Yüz yol haraylayım,yüz yol boylanır,
Bir daha "ün"ümə yetməyəcək, O..
/Sevməyəcək O/
...
Həyatın Zamanla davam edən mənəvi duyarlılığı, insanın ömür kitabının səhifələrini işıqlandırır.
Qəlbin həyat işığını yandıran, insanın işıqlı zəkasının notlarıdır.
Düşüncənin könül alqısı, daima Qəlbin həyat sevgisinin ziddiyyətlərini aradan qaldıran iradənin təslimiyyətidir.
Fərman Saraçlı nn lirikasında, hər bir duyğunun öz həyati mənası var.
...
Həyat dənizində üzən biriyəm,
Yol azdım: -çiskinə- borana, düşdüm!.
Bəzən nicat tapdım, bəzən qərq oldum ,
Bəzən də "Eşq" adlı "borana", düşdüm!
Nə duydum ,ağrıdan-acıdan başqa?
Mən gordüm həsrəti- hicranı başda.
Qəlbimdə yurd-yuva saldığın qışda ,
Bəzən də baharda tufana, düşdüm!
/Düşdüm/
....
Ata sevgisi , insanın həyat ruhuna rahatlıq gətirir hər bir məqamda .
Ailə bireylərinin həyat yeri , özünün ruhi-mənəvi duyarlılığı ilə daim diqqət mərkəzindədir.
İnsanın dəyərini ortaya qoyan, onun ruhuna uyğun həyat obrazının canlılığıdır.
Fərman Saraçlı nın lirikasında, insanoğlunun həyat rasionallığının iç üzünün ülviyyəti var.
....
Ay ellər,dağ kimi dayağım vardı,
Dağıldı "tifağ"ım,Atam köçəndən.
Tək bircə, "yurd yeri" nişanə qalıb,
Sönübdü"çırağ"ım,Atam köçəndən!
O"xoşbəxt anlar"ım getdi,çox heyif,
"Atalı günlər"im bitdi,çox heyif.
"Şirin xatirələr" bitdi,çox heyif,
Daha çox oyağam,Atam köçəndən!
/Atam köçəndən/
....
Duyğuların dili ilə söylənilən fikrin həqiqət üzündə, qəlbin həyat nurunun ülviyyəti var.
Hisslərin aydınlığı ilə dərk olunan həyat oyanışı, insanı duyğulandırır daima..
Sevginin ölümsüzlüyünü duymaq, hər bir bəşər övladının müqəddəs hisslərinin assosiativ duyarlılığını ortaya qoyur.
Fərman Saraçlı nın lirikasının həyati tutumu, fikrin həqiqət axtarışını tamamlayır.
Şairin Söz dünyasının həyat işığını artıran hıyata ,insanlığa yüksək mənəvi yanaşmadır .
Uğurlar arzulayıram Şair qardaşıma.


