Rusiyalı velosipedçi Bakı-Xankəndi yarışının üçüncü mərhələsinin qalibi olub
Bakı-Xankəndi velosiped yarışının üçüncü mərhələsi Azərbaycanda başa çatıb.
İdmançılar Qəbələdən Mingəçevirə qədər 162,9 kilometrlik məsafəni qət ediblər.
Mərhələnin qalibi Qazaxıstanın Astana Qazaqstan komandasının heyətində yarışan rusiyalı velosipedçi Qleb Siritsa olub.
İkinci yeri Tarteletto-Isorex komandasından belçikalı Timoti Dupont, üçüncü yeri isə Roojai Insurance Winspace komandasından ekvadorlu Kristian David Pita tutub.
Xatırladaq ki, birinci mərhələdə Çinin Li-Ning Star komandasından belaruslu velosipedçi Aleksey Şnirko qalib gəlib. İkinci mərhələdə isə Astana komandasından qazaxıstanlı velosipedçi Yevgeni Fedorov qalib gəlib.


