Sabir Zeynalov Avropa çempionatında gümüş medal qazandı
Almaniyanın Münhen şəhərində Para-Taekvondo üzrə Avropa Çempionatı start götürüb.
Qitə çempionatının ilk günündə K44 (58 kq) kateqoriyasında yarışan Azərbaycan təmsilçisi Sabir Zeynalov dörddəbir finalda Polşa təmsilçisi Kasian Mikolaýçakı məğlub edərək yarımfinala yüksəlib.
Türkiyəli Əli Can Özcan zədə səbəbindən yarımfinalda mübarizə apara bilməyib və bu da Azərbaycan idmançısının finala vəsiqə qazanmasına imkan verib.
Finalda Sabir Zeynalov İsrail Paralimpiya çempionu Asəf Yasurla qarşılaşıb və final mərhələsində məğlub olub. Beləliklə, o, Avropa Para-Taekvondo Çempionatında ilk gümüş medalını qazanıb.


